AZ

"Oyunçular paltardəyişmə otağında olsa belə, üzr istəməlidirlər"

“Milan”ın keçmiş müdafiəçisi Mauro Tassotti Teo Hernandes və Rafael Leaonun davranışını tənqid edib.

Sportinfo.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, italiyalı sabiq futbolçu bu oyunçuların paltardəyişmə otağında olsa belə, üzr istəməli olduqlarını bildirib:

“Baxmaq xoşagəlməz idi. Oyunçular paltardəyişmə otağında olsa belə, üzr istəməlidirlər. T

eonun sözləri bəhanə kimi səsləndi. Münasibət səhv idi. Deyəcək başqa bir şey yoxdur”.

“Latsio” ilə matçın (2:2) ikinci hissəsinin su fasiləsində hər iki futbolçu baş məşqçiyə yaxınlaşmamaq qərarına gəlib.

Onlar öz əsaslandırmalarında meydana yeni daxil olduqlarını və bu səbəbdən, ehtiyat oyunçular skamyasına yaxınlaşmağın mənasız olduğunu bildiriblər.

“Milan” İtaliya A Seriyasında 3 turdan sonra 2 xalla 14-cü pillədə qərarlaşıb.

Seçilən
138
sportinfo.az

1Mənbələr