"Neftçi"nin sabiq legioneri Mateus Saldanya klubunu dəyişib.
Sportinfo.az xəbər verir ki, braziliyalı hücumçu Serbiya "Partizan"ından "Ferentsvaroş"a (Macarıstan) keçib.
Bu barədə Macarıstan klubunun mətbuat xidməti məlumat yayıb.
“Ferentsvaroş” Saldanya üçün 3 milyon avro ödəyib.
Saldanya 2023-cü ilin yanvar ayından iyul ayınadək "Neftçi"də oynayıb. O, “ağ-qaralar”da 20 oyunda 5 qol vurub.
Daha sonra Bakı klubu intizamsız davranışlarına görə futbolçu ilə vidalaşıb. Mateus isə karyerasına Serbiya "Partizan"ında davam edib.