AZ

Miqrantlar dəstə yaradaraq moskvalıların 43 milyon rublunu qarət ediblər..?

...Moskvada yaşayış icazəsi olmayan evsiz miqrant dəstəsi yerli ruslara silahla hücum edərək onların külli miqdarda pullarını qarət ediblər.

SİA-nın əldə etdiyi məlumata görə, Baza Telegram kanalı xəbər verir ki, bir neçə il ərzində “fəaliyyət”də olan əcnəbilər özlərini 43 milyon rublla zənginləşdirə biliblər.

Cinayətkarların beşinin Tacikistan, birinin isə Dağıstan vətəndaşı olduğu üzə çıxıb.

…Dəstə ilk oğurluğu 2021-ci ilin yayında həyata keçirib. Daha sonra oğrular Voljski bulvarında bir nəfərə hücum edərək, onu ayağından güllələyiblər və avtomobilinin yük yerindən içərisində 15 milyon rubl olan çantanı oğurlayıblar. Quldurlar sonuncu basqını 2023-cü ilin dekabrında həyata keçiriblər.

Bütün şübhəlilər bu il avqustun 29-da saxlanılıb. Həmin şəxslərə qarşı qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xüsusilə külli miqdarda zorakılıq tətbiq etmək hədəsi ilə törədilmiş quldurluq maddəsi ilə cinayət işi açılıb.

Miqrantlar istintaq təcridxanasına yerləşdirilib və araşdırmalar davam edir.

Bundan əvvəl prokurorluq seyflərdən rekord məbləğdə 1 milyard rubldan çox pul və qiymətli əşyalar oğurlamaqda ittiham olunan Rusiya Federasiyası və Moldova vətəndaşı Artur Barbinetsin işi üzrə ittiham aktını təsdiqləyib.

Müstəntiqlərin fikrincə, bu ilin mart ayında təqsirləndirilən şəxs bank anbarında quraşdırılmış oxu cihazlarından istifadə edərək 8 kameraya daxil ola bilib. Üç gün ərzində o, pul və qızıl-zinət əşyalarını oğurlayıb. Barbinets bir neçə gün sonra Soçi hava limanında saxlanılıb.

Əli Babayev

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
91
sia.az

1Mənbələr