AZ

ABŞ-ın Qəzza ilə bağlı yeni planında 90% razılıq əldə olunub

Qəzza zolağında ABŞ-ın yeni atəşkəs planı faktiki olaraq 90% razılaşdırılıb və 18 bənddən ibarətdir.

APA xəbər verir ki, bu barədə ABŞ administrasiyasının yüksək rütbəli rəsmisi anklavda atəşkəs danışıqları ilə bağlı jurnalistlər üçün keçirilən xüsusi onlayn brifinqdə bildirib.

"Sövdələşmədə ümumilikdə 18 bənd var. Onlardan 14-ü tamamlanıb və deməliyəm ki, sövdələşmə üzrə əvvəlki təkliflərlə eynidir. Bir bənddə sırf texniki düzəliş var. Geri qalan üç paraqraf isə iyulun 2-də HƏMAS-ın bəyanatında deyildiyi kimi, hələ də müzakirə edilməli olan əsir və girovların mübadiləsi müqavilə ilə bağlıdır. Beləliklə, faktiki olaraq, bu müqavilənin 90%-i artıq razılaşdırılıb. Razılaşdırılan bəndlər həmçinin HƏMAS-ın öz təklifində irəli sürdüyü humanitar yardımlar üçün şərtləri də nəzərdə tutur”, - deyə ABŞ rəsmisi bildirib.

ABŞ administrasiyasının rəsmisi həmçinin bildirib ki, saziş üç əsas komponentdən ibarətdir. Bunlardan birincisi humanitardır və Qəzza sakinlərinə şamil olunur.

İkincisi, əsirlərin dəyişdirilməsi, yəni girovların fələstinli məhbuslarla dəyişdirilməsini, üçüncü hissə isə atəşkəs razılaşmalarının necə olacağını əhatə edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
50
apa.az

10Mənbələr