AZ

“Ronaldo uğur qazansa, “Real” və “Mançester Yunayted” kimi klublardan dəvət ala bilər”

İngiltərə millisinin və “Liverpul”un sabiq hücumçusu Maykl Ouen hesab edir ki, Kriştiano Ronaldo futbolçu karyerasını bitirdikdən sonra məşqçi ola bilər.Komanda.az “TV Sporten”-ə istinadən xəbər verir ki, ingiltərəli keçmiş futbolçu, Ronaldonun məşqçi kimi göründüyünü bildirib:“Ronaldo məşqçi kimi görünür, o, bu işlə maraqlanan bir insana bənzəyir. Onun da bu yolla getməsi mümkündür. Portuqaliyalı futbolçu uğur qazansa, “Real” və “Mançester Yunayted” kimi böyük klublardan dəvət ala bilər”.Ronaldo hazırda “Əl-Nəsr”in heyətində Səudiyyə Ərəbistanı çempionatında çıxış edir. 39 yaşlı futbolçunun Səudiyyə Ərəbistanı klubu ilə müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
komanda.az

1Mənbələr