Gürcüstan eks-prezident Mixail Saakaşvilinin təsis etdiyi keçmiş hakim Vahid Milli Hərəkat (VMM) partiyası ilə əlaqəli müxalifətdən qurtulmalıdır.
Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, bu sözləri Gürcüstanın baş naziri İrakli Kobaxidze müsahibəsi zamanı deyib .
“Əgər Hitlerin partiyası 1945-ci ildən sonra Almaniya siyasətində qalsaydı, o da təxminən 15-20% səsalacaqdı. Beləliklə, almanlar bir vaxtlar bu bəladan asanlıqla və sərt şəkildə xilas olduqları kimi, biz də ölkəmizi kollektiv milli hərəkatdan xilas etməliyik”, - Kobaxidze deyib.
Müəllif: Arzu