AZ

Ümumdünya İmamlar Şurası İran və HƏMAS haqqında bəyanatla çıxış edib

"HƏMAS-ın hərəkətləri təkcə regiona ölüm və dağıntılar gətirməyib, həm də Fələstin xalqının çox böyük əzablarına səbəb olub..."
 
Müsəlman dini liderlərin İraqda yerləşən Ümumdünya İmamlar Şurası beynəlxalq qeyri-hökumət təşkilatı bəyanat yayaraq HƏMAS-ın barbarcasına hərəkətlərini qətiyyətlə pisləyib.
 
Moderator.az xəbər verir ki, bu barədə "mignws.com" nəşri yazıb.
 
Məlumatda deyilir ki, bu bəyanat terrorçuların sentyabrın 1-də altı israilli girovun qətlə yetirilməsindən sonra üzə çıxıb. Bəyanatın tam mətni Yaxın Şərq media tədqiqatı üzrə İnstitutu tərəfindən dərc edilib.
 
Girovların qətlini "bütün humanizm, dini təlimlər və beynəlxalq hüququn" pozulması adlandıraraq Beynəlxalq İmamlar Şurası əlavə edib ki, dinc israillilərin edam edilməsi "münaqişənin İslam da daxil olmaqla bütün əsas dini ənənələrinin müəyyən etdiyi müqəddəs qanunlarının kobud şəkildə pozulmasıdır". 
 
Ümumdünya İmamlar Şurası etiraf edib ki, dinc sakinlərə hücumlar təkcə İslamın qanunlarını deyil, həm də Jenevrə Konvensiyalarının pozulmasıdır.
 
Təşkilat "oktyabrın 7-də bütün günahsız insanların həlak olması və əzablarına görə birbaşa məsuliyyəti" qruplaşmanın üzərinə qoyub. Çünki HƏMAS-ın hərəkətləri təkcə regiona ölüm və dağıntılar gətirməyib, həm də Fələstin xalqının çox böyük əzablarına səbəb olub".
 
Bəyanatda həmçinin vurğlanır ki, İran "bu faciələrə görə bərabər məsuliyyət daşıyır", çünki onun HƏMAS-ın hərəkətlərinə daim dəstək verməsi "regionda zorakılığı və qeyri-sabitliyi dərinləşdirir".
 
Ümumdünya İmamlar Şurası "dünyada bütün İslam konfessiyalarının dini liderlərinin ilk və ən böyük beynəlxalq qeyri-hökumət təşkilatıdır". O, dinc yanaşı yaşamaq, tolerantlıq və konfessiyalararası dialoqa, habelə ekstremist ideologiyalar və davakar İslamla mübarizəyə tərəfdardır.
Seçilən
169
50
moderator.az

10Mənbələr