AZ

"BRIKS, yoxsa Avropa Birliyi?" - Türkiyənin "Sabah" qəzeti

"ABŞ və NATO-nun ən böyük qorxusu BRIKS-in nöcbəti mərhələdə hərbi bloka çevrilə biləcəyidir..."
 
Avropa İttifaqı Türkiyəni "gözləmə zonasında" saxlayır, eyni zamanda BRIKS-ın iqtisadi cazibəsi  artmaqda davam edir, bu da Avropa İttifaqı və NATO-da ciddi narahatlıq yaradır.
 
Moderator.az xəbər verir ki, bu barədə Türkiyənin "Sabah" qəzeti yazıb.
 
Türkiyənin yerində olsaydınız hansı qrupa qoşulardınız? Bir tərəfdən G7, digər tərəfdən BRIKS. Diqqət edin, mən Avropa İttifaqında üzvlüklə bağlı sual vermirəm, çünki bunun cavabı bəllidir. 
 
2029-cu ildə biz bu təşkilata sorğu verməyimizin 70 illiyini qeyd edəcəyik! Bu, çox həyəcanlıdır! Nəticə etibarilə bizim sorğumuza 70 ildir ki, baxılır.
 
Amma mən bizi bezdirən bu mövzuya toxunmayacağam. "G7, yoxsa BRIKS?" sualına cavab da sadə deyil. "Böyük yeddilik" dünyada ən inkişaf etmiş hesab edilən yeddi iqtisadiyyatdan ibarətdir. BRIKS buna alternativdir.
 
Bəzi rəqəmlərə müraciət edək. İqtisadi və demoqrafik çəkisinə görə BRIKS G7-dən ağırdır. BRIKS dünya əhalisinin 46 faizini, G7 10 faizdən azını təşkil edir.
 
Milli gəlirlə də bağlı analoji vəziyyətdir. BRIKS ölkələrinin payına dünya iqtisadiyyatının 35 faizi, G7-nin payına isə 30 faizi düşür, yeddi inkişaf etmiş ölkələr üçün bu göstərici gələcəkdə azalacaq. 
 
Gözlənilir ki, 2050-ci ildə dünya iqtisadiyyatının G7-də payı 20 faiz azalacaq, BRIKS-də payı, əksinə, 50 faizədək artacaqdır.
 
Əgər bu təşkilata üzv olmaq üçün 40-dan artıq ölkənin rəsmən sorğusunu nəzərə alsaq, bu blokun cazibəliyi daha da artacaq. 
 
Türkiyə BRIKS-ə üzv olmaq üçün sorğu göndərib. Bunun ölkə üçün nə demək olduğu və hansı nəticələr törədəcəyi üzərində dayanaq.
 
Bir tərəfdə Avropa İttifaqı və Gömrük İttifaqı, digər tərəfdə NATO, üçüncü tərəfdə ABÇ-ın siyasi və iqtisadi mübarizə apardığı ölkələrdən ibarət BRIKS. 
 
Türkiyə özünün iqtisadi, hərbi potensialı və siyasi təsirinə görə regionda mühüm güc mərkəzidir. 65 il ərzində Türkiyəni qapısı arxasında saxlayan Avropa İttifaqı onu itirmək və BRIKS-ə güzəştə getmək istəmir. 
 
ABŞ və NATO-nun ən böyük qorxusu ondan ibarətdir ki, BRIKS növbəti mərhələdə hərbi bloka çevrilə bilər. Bunu nəzərə alaraq, BRIKS ilə Türkiyə arasında istənilən təmaslar Avropa İttifaqı və ABŞ-la münasibətlərdə əlimizdə kozır olacaq.
 
Müəllif: Hülya Güler
Seçilən
65
50
moderator.az

10Mənbələr