AZ

Erməni terrorunun təzə siması...

ABŞ vətəndaşı olan Aram Bransonu kim, necə himayə edir?

Ermənilərin terrorçu mahiyyəti əsrlərdir ki, dəyişmir - harada, hansı qitədə və ya hansı ölkənin vətəndaşlığında yaşamalarından asılı olmayaraq məkrli və çirkin niyyətləri onlar üçün “pasporta” çevrilib. Bu fakt ötən həftə bir daha təsdiqləndi. Belə ki, ABŞ və Azərbaycan mediasının ortaq gündəmi sayılan erməniəsilli Aram Bransonun azərbaycanlılara qarşı istifadə üçün bomba hazırlamağa cəhd göstərməsi və onun federal axtarışa verilməsi qeyd olunan fikirləri təsdiqləyir...

“Təsadüfi partlayış”la başlanan terror...

İlk olaraq qeyd edək ki, bilavasitə terrorçu fəaliyyətlə məşğul olan erməni əsilli Aram Bransonla bağlı araşdırmalar, onun fəaliyyəti və detalları ilə bağlı məsələlər bir il öncədən aşkarlansa da, fakt bu günlərdə ortaya çıxıb.  2023-cü ilin yanvarında Çikaqo Dövlət Universitetinin yataqxanasındakı otağında barıtı “bilmədən” işə salaraq partlayış törətdiyi iddia olunun Bransonun otağında axtarış aparılandan sonra təhqiqatçılar kalium nitrat, kömür, kükürd və izopropil spirti aşkar etmişdilər - bu qədər maddi sübutun qarşılığında isə Aram Bransona qarşı cinayət işi başladılmamışdı. Növbəti dəfə isə Branson 2023-cü il avqustun 20-də Bostondakı Loqan Beynəlxalq Hava Limanından Parisə, oradan isə İrəvana uçmağı planlaşdıran zaman “ortaya çıxmışdı”. Lakin baqaj yoxlanışı zamanı onun yükündən partlayıcı maddələr aşkarlanmışdı. Həmin vaxt da Branson sirli bir şəkildə məsuliyyətdən yaxa qurtarmağı bacarmışdı.

Maraqlıdır ki, özünü dünyaya hüquqi dövlət kimi tanıdan, sərhədləri daxilində qanunların ciddi şəkildə işlədiyi bir atmosferin olmasını iddia edən ABŞ özünün imicini bir erməni əsilli terrorçuya görə təhdid altına alaraq bu faktı niyə gözardı edib? Aram Bransonun terrorçu fəaliyyəti nədənsə ABŞ-ın bəzi hüquq-mühafizə orqanları tərəfindən ört - basdır edilir. Hətta çantasından partlayıcı çıxan Branson bunu təkzib edib və yalan ifadə verib. Bu da onun saxlanılması üçün əsasa çevrilməyib - görəsən, ABŞ hüquq sistemi bir terrorçunu, çantasında partlayıcı maddə gəzdirəni hansı əsaslarla buraxıb?

Qeyd edildiyi kimi, ABŞ hüquq-mühafizə sisteminin məsələ ilə bağlı normal araşdırma aparmaması ilə yanaşı, faktla bağlı bir ildən sonra məlumat yayması da qaranlıq məsələlərdən xəbər verir. Əllərində aşkar faktlar olan hüquq-mühafizə orqanları niyə bu qədər gözləyiblər? Bu, ABŞ-da terroru himayə edənlərin varlığından xəbər verən fakt deyilmi?

Erməni şəbəkəsi Bransondan istifadə edir

Bransonun terror fəaliyyəti ilə məşğul olması bütün detalları ilə ortadadır. Sonradan aparılan araşdırmalar, onun kompüterindəki faktlar, videolar, həmin videolarda adıçəkilən inqilabçı və terror təşkilatları bunu açıq şəkildə göstərir. Yəni, ortadakı faktların hər biri Bransonun fəaliyyət sferasının terror, hədəfinin isə istiqamətini açıq əşkildə ortaya qoyur. Bu kimi ciddi bir məsələnin gizlədilməsi isə Bransonun həm də “xüsusi tapşırıq” icraçısı olması şübhəsini yaradır. Ortadakı faktlar bunu deməyə əsas verir - eyni zamanda, Bransonun faktoloji sübutla ortaya çıxan terror niyyətlərinin hədəfinə diqqət yetirdikdə bəlli olur ki, Bransondan istifadə etməyə çalışanlar bölgədə sülhün və ya sabitliyin yaranmasına istəmirlər. Başqa sözlə, ABŞ-dakı erməni lobbisinin təsiri altındakı şəbəkə Branson vasitəsilə öz qaranlıq niyyətlərini həyata keçirməyə çalışıb.

Branson Ermənistan sərhəddindən necə keçdi?

A.Bransonun sosial media üzərindən axtarışlarına, əlaqələrinə nəzər saldıqda onun silahlı terrorizmlə əlaqələri aydın görünür. 2023-cü ilin avqustunda ABŞ-ı tərk edərkən Branson Ermənistan Amerika Universitetində oxumaq üçün İrəvana getdiyini bildirib. Bu yaxınlarda əldə edilən məlumatlar onun Ermənistanda olduğunu göstərir. Ortaya absurd bir mənzərə çıxır - ABŞ-da haqqında araşdırma aparılan, çantasından partlayıcı maddələr çıxan, bir dəfə partlayış törədən və ən əsası açıq hədəflərlə bağlı terrorçu niyyətlərini bəlli edən birisi rahat şəkildə Ermənistanın dövlət sərhəddindən keçərək bu ölkəyə “təşrif buyurub”. Ortada iki məqam var:

- Ermənistan bəlli olduğu və deyildiyi kimi (hətta özü etiraf etməsə belə) birbaşa terroru himayə edən, onu maliyyələşdirən ölkə kimi ayrı-ayrı dövlətlərə qarşı terror fəaliyyəti ilə məşğul olan və ya onu hədəfləyən şəxsləri rahat şəkildə qəbul edir;

- Rəsmi İrəvan bölgədə sülhü pozmaq, sabitliyə xələl gətirmək, beynəlxalq miqyasda tanınan yeni reallıqlara kölgə salmaq, bu günə kimi aparılan danışıqlar prosesini pozmaq üçün terrorçuların xidmətindən bariz şəkildə istifadə edir.

Ermənistanın terrorçu niyyətinə çətir olmaq başucalığı gətirmir...

Terrorçu xislətə malik erməni faşizminin ideoloji köləsinə çevrilmiş bu Amerika vətəndaşının fəaliyyətinə ABŞ-ın hüquq-mühafizə orqanları tərəfindən göz yumulması, hətta bəzi hallarda yardımların edilməsi başadüşülən deyil. Bir tərəfdən Azərbaycanın bölgədə yaratdığı sülh və əməkdaşlıq platformasını dəstəklədiyini deyən ABŞ digər tərəfdən erməniəsilli terrorçu vətəndaşının bu qədər böyük cinayətlərini pərdələyir. Bir tərəfdən “dünyada sülhün keşikçisi” adını üzərinə yarlıq edən Vaşinqton digər tərəfdən açıq terror hədələrinə himayə edir.

Amma hər kəs anlamalıdır ki, Ermənistanın apardığı siyasət bumeranq effekti ilə onun özünə qayıdır - bütün dünya onların qeyri-adekvat, terrorçu, dağıdıcı mahiyyətləri ilə yaxından tanış olurlar. Bölgənin ən güclü dövləti sayılan Azərbaycan bu faktları, sübutları dünya ictimaiyyətinə təqdim edir - yeni qlobal reallıqlarda sülhə kimin mane olduğunu, sabitliyin kim tərəfindən hədəfə alındığını açıq istiqamətlə göstərir. Sadəcə olaraq bəzi güclərin bu kimi xoşagəlməz oyunlarda hətta ən sadə şəkildə rol alması belə təssüfləndirici haldır. Hər kəs anlamalıdır ki, Ermənistanın destruktiv hərəkətlərini dəstəkləmək və ya ona çətir olmaq baş ucalığı gətirmir. Necə ki, Fransaya və onun prezidentinə gətirmədi...

P.İSMAYILOV

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
117
yeniazerbaycan.com

1Mənbələr