AZ

Azad Media.az-ın Redaktoru Türkiyə Səfirliyinin Mətbuat müşaviri Dr. Alptekin Cihangir İşbiliri ziyarət etdi - FOTO » AzadMedia.az



Bakı, 4 Sentyabr — Azadmedia.az


“Azad Media.az” xəbər saytının Redaktoru Ülkər Piriyeva Türkiyənin Azərbaycandakı Səfirliyinin Kommunikasiya Şöbəsinin müşaviri Dr. Alptekin Cihangir İşbiliri ziyarət edib.

Belə ki, görüşdə - “Azərbaycan-Türkiyə əlaqələri başda olmaq üzrə, müxtəlif mövzularda fikir mübadiləsi edilib. Xüsusi olaraq da, Azərbaycan-Türkiyə münasibətlərinin inkişafında və formalaşmasında mətbuatın önəmli rolu, həm Azərbaycan, həm də Türkiyə mətbuatı üzərindən dəyərləndirilib. Eyni zamanda aktual məsələ kimi türk dünyasının media əlaqələrinin qurulmasında Azərbaycan və Türkiyə mediasının əhəmiyyətli mövqeyi vurğulanıb.


Dr. A. Cihangir İşbilir qeyd edib ki, “Azərbaycan-Türkiyə əlaqələrinin yüksək səviyyədə olduğunu ikinci Qarabağ savaşının nəticələri də təsdiq edir və möhtəşəm Bakı paradının təntənəsi də bu faktın nəticəsidir. Həmçinin, deyilənlərin təzahürünü təkcə dünya siyasi dairələrinin mövqeyində yox, həm də dövrü mətbuatda da açıq və aydın görməkdəyik. Bu baxımdan təkcə savaş tarixinin mənzərəsini və fəlsəfəsini yox, eləcə də Azərbaycan- Türkiyə münasibətlərinin inkişafında və formalaşmasında mətbuatın önəmli rolunu, həm Azərbaycan, həm də Türkiyə mətbuatı üzərindən dəyərləndirməyi vacib hesab edirik. Hazırda, global aləmin yeni düzənində mətbuatın üzərinə düşənlər də aktualllaşmaqdadır. Bütün bunlarla bərabər, Azərbaycan-Türkiyə əlaqələri bütün türk dünyası üçün örnəyə çevrildiyi bir vaxtda mətbuatın üzərinə düşənlər də bu aktuallığın yeni təsdiqidir. Azərbaycan və Türkiyə mediasının iki ölkənin xalqları arasındakı dostluq əlaqələrini və qarşılıqlı anlayışı inkişaf etdirməkdə oynadığı mühüm rolunu nəzərə alaraq iki ölkə arasında media sahəsində strateji əməkdaşlıq haqqında anlaşma memorandumunun imzalanması və “Birgə Media Platforması”nın yaradılmasını olduqca uğurlu addım olaraq görürük.”

Ülkər Piriyeva öz növbəsində bildirib ki, “Azərbaycanın haqq işinə ədalətli yanaşanlar da oldu, buna qarşı çıxanlar da. Əlbətdə ki, bu sırada adı inamla çəkilən, dünya mətbuatı sırasında önəmli bir mövqeyə sahiblənən və beynəlxalq mətbuatın ciddi bir parçası olan Türkiyə mətbuatı idi. Qardaş Türkiyə və 80 milyonluq xalqı Azərbaycana dəstəyi ilə 100 il öncəki tarixi xilaskarlıq missiyasını təkrar etmədi, eyni zamanda terrora qarşı mübarizədə, Yaxın və Orta Şərqdə möhkəmlənən mövqeyi ilə, Qafqazda da özünü təsdiq etmiş və dünya çapında yeni güc olduğunu da ortaya qoymuş oldu.” Piriyeva, eyni zamanda tarixi bağlılıq, milli mətbuatın dövlətçilik və Türkçülük ideyaları barədə olan fikirlərini də qeyd edib.

Bununla yanaşı, Türkiyə Səfirliyi Kommunikasiya şöbəsinin müşaviri Dr. A. Cihangir İşbilir Ülkər Piriyevaya Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Prof. Dr. Fəxrəddin Altunun “Türkiyə Nizamsızlıq Çağında Sabitləşdirici Güc Kimi” adlı kitabını hədiyyə edib.

Qeyd edək ki, sonda “Azad Media.az” xəbər saytının Redaktoru, həmçinin “1453 KRAL MEDYA” xəbər agentliyi və “T-Xəbər” qəzetinin Azərbaycan nümayəndəsi Ülkər Piriyeva Dr. Cihangir İsbilir bəyə Türkiyə mediasından xüsusilə 44 günlük Qarabağ Zəfəri dönəmində gələn dəstəyə görə və həmçinin səmimi qəbula görə təşəkkürünü bildirib.

Seçilən
66
1
azadmedia.az

2Mənbələr