1 sentyabr 20204-cü ildə keçirilən növbədənkənar parlament seçkilərində 80 saylı Lerik-Astara seçki dairəsindən deputatlığa namizəd Vasif Qafarov qalib gəlib. Tarix elmləri doktoru Vasif Qafarov təbliğat və təşviqat dövründə çoxsaylı görqüşlər keçirdi.
Vasif Qafarov Ulusal.az-a qalibiyyətindən sonrakı ilk təəssüratlarını bölüşüb:
“Mən təbliğatımı apardım. Təbliğat göstərdi ki, əziyyətin, fəaliyyətin olanda seçici ağla qaranı ayırd edə bilir. Məni seçdiklərinə görə dövlətimə, xalqıma borcluyam”.
Xatırladaq ki,Tarix elməri doktoru, dosent Vasif Qafarov 25 yanvar 1982-ci ildə Lerik rayonunun Cəngəmiran kəndində ziyalı ailəsində anadan olub. 1989-1999-cu illərdə Cəngəmiran kənd orta məktəbində təhsil alıb.
1999-cu ildə orta məktəbi əla qiymətlərlə bitirərək Bakı Dövlət Universitetinin Tarix fakültəsinin əyani şöbəsinə qəbul olunub, 2003-cü ildə Tarix fakültəsinin bakalavr pilləsini, 2005-ci ildə isə magistratura pilləsini fərqlənmə diplomları ilə bitirib.
2006-2009-cu illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsinin əyani doktorantı olub, 2009-cu ildə fəlsəfə doktoru dissertasiyasını müdafiə edərək, tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. 2017-ci ildə dosent elmi adına layiq görülüb. 2014-2019-cu illərdə AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun elmlər doktoru istiqaməti üzrə doktorantı olub, 2022-ci ildə doktorluq dissertasiyasını müdafiə edərək tarix elmləri doktoru elmi dərəcəsini alıb.
Əmək fəaliyyətinə 2006-cı ildə Bakı Dövlət Universitetində müəllim kimi başlayıb, 2007-2017-ci illərdə Azərbaycan Universitetində müəllim, baş müəllim, dosent, 2014-2015-ci illərdə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “Azərbaycan Respublikası ərazilərinin Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində itki və tələfatların qiymətləndirilməsi üzrə İşçi Qrupu”nda tarixçi-ekspert, 2017-ci ildə AMEA Qafqazşünaslıq İnstitutunda şöbə müdiri, 2017-2023-cü illərdə AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunda aparıcı elmi işçi vəzifələrində çalışıb, 2023-cü ildən indiyədək AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda baş elmi işçi, “Azərbaycanlılara qarşı soyqırımı: tarixi və konsepsiyası” elmi qrupunun rəhbəri vəzifəsində çalışır.
Elmi axtarışlarının əsas istiqamətini Azərbaycanın XIX–XX əsrlər dövrü, o cümlədən Birinci Dünya müharibəsi, Azərbaycan Xalq Cümhuriyyəti tarixinin müxtəlif məsələlərinin araşdırılması təşkil edir. Azərbaycanda və xarici ölkələrdə nəşr olunmuş 12 kitabın və 100-dən çox elmi məqalənin müəllifidir. Türkiyə, Rusiya, Macarıstan, Monteneqro və digər ölkələrdə keçirilən 30-dan çox beynəlxalq elmi konfransda elmi məruzələrlə çıxış edərək ölkəmizi layiqincə təmsil edib, Azərbaycan həqiqətlərini dünyaya çatdırıb.
Vasif Qafarov görkəmli tarixçi alim kimi ölkədə və beynəlxalq aləmdə yaxşı tanınır. Əsərlərinə xarici ölkələrdə ən çox istinad olunan tarixçilərdəndir.
Vasif Qafarov öz elmi tədqiqatlarını davam etdirməklə yanaşı, ölkənin ictimai-siyasi həyatında da yaxından iştirak edir.
Rus, ingilis və türk dillərini bilir.
Ailəlidir, 3 övladı var.