AZ

Azərbaycanda ayaqqabı istehsalı - KƏSKİN ARTIB

2024-cü ilin yanvar-iyul aylarında Azərbaycanda 458,3 min cüt ayaqqabı istehsal edilib.

FED.az bu barədə  Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir

Ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə istehsal 137,8 min cüt və ya 43% artıb.

Ötən ilin yanvar-iyul aylarında 320 min cüt ayaqqabı edilmişdi.

 2024-cü ilin avqust ayının 1-nə hazır ayaqqabı ehtiyatı isə 25,9 min cüt təşkil edib.

Hazır məhsul ehtiyatı 20,3 min cüt, yəni 4,6 dəfə artıb. Ötən ilin eyni dövründə hazır məhsul ehtiyatı 5,6 min cüt olub. 

Seçilən
86
fed.az

1Mənbələr