AZ

İsrail Fələstinin Tubas şəhərini vurub

İsrail qüvvələri İordan çayının qərb sahilinin şimalındakı Tubas şəhərinə üç dəfə zərbə endirib. İsrail ordusunun bəyanatında deyilir ki, zərbələr əsgərlər üçün təhlükə yaradan silahlılara qarşı endirilib. Fələstin mediası beş fələstinlinin öldüyünü və bir nəfərin yaralandığını bildirib, Banker.az bu barədə Kommersant.ru-ya istinadən xəbər verir.

WAFA-nın məlumatına görə, avtomobilin vurulması nəticəsində 5 gənc həlak olub. Daha bir nəfər yaralanıb və reanimasiyadadır. Media ölənlərin və yaralananların hansısa qruplaşmanın üzvü olub-olmadığını dəqiqləşdirmir.

Hücumun şahidlərinin AFP-yə verdiyi məlumata görə, hava qüvvələrinin zərbəsindən sonra çoxlu sayda İsrail əsgəri Tubas əyalətindəki Faraa qaçqın düşərgəsinə basqın edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
50
banker.az

10Mənbələr