AZ

Millətlər Liqası: Azərbaycan yığması bu gün ilk oyununu keçirəcək

Azərbaycan yığması UEFA Millətlər Liqasında bu gün ilk oyununu keçirəcək.

"Report"un məlumatına görə, Fernandu Santuşun baş məşqçisi olduğu kollektiv Bakıda İsveç ilə üz-üzə gələcək.

Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq görüş saat 20:00-da start götürəcək. Qarşılaşmanı macarıstanlı FIFA referisi Balaş Berkey idarə edəcək.

C Liqasının I qrupundakı digər matçda Slovakiya Estoniyanın qonağı olacaq. Bu oyun saat 22:45-də başlayacaq.

UEFA Millətlər Liqası

C Liqası, I qrup

I tur

5 sentyabr

20:00. Azərbaycan - İsveç

Baş hakim: Balaş Berkey (Macarıstan).

Bakı, Tofiq Bəhramov adına Respublika stadionu.

Qeyd edək ki, Azərbaycan millisi sentyabrın 8-də səfərdə Slovakiya ilə qarşılaşacaq. İsveç isə evdə Estoniyanı sınağa çəkəcək.

Seçilən
104
50
report.az

10Mənbələr