AZ

Millətlər Liqası: Millimizin ilk sınağı

Azərbaycan yığması UEFA Millətlər Liqasında bu gün ilk matçına çıxacaq.

Msport.az xəbər verir ki, yığma Bakıda İsveç seçməsini qəbul edəcək.

Bu, Fernandu Santuşun baş məşqçi kimi ilk sınağı olacaq. Qarşılaşma saat 20:00-da başlayacaq.

UEFA Millətlər Liqası

C Liqası, I qrup

I tur

20:00. Azərbaycan – İsveç

Baş hakim: Balaş Berkey (Macarıstan)

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

Qeyd edək ki, Azərbaycan millisi sentyabrın 8-də səfərdə Slovakiya ilə qarşılaşacaq. İsveç isə evdə Estoniyanı sınağa çəkəcək.

Seçilən
18
1
msport.az

10Mənbələr