AZ

Müəllimlərin əməkhaqqını mənimsəyən direktora elektron qolbaq taxıldı

Yevlaxda müəllimlərin 53 min manatdan çox əməkhaqqını mənimsəməkdə təqsirləndirilən rayonun Qaraməmmədli kənd tam orta məktəbinin sabiq direktoru Rəşad Əsədovun cinayət işi məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, Yevlax Rayon Məhkəməsinin hakimi Kamil Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə 2 il müddətinə təhsil orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 il 6 ay azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum olunub. 

 

Qeyd: İstintaqla 04.03.2019-cu il tarixdən 10.11.2022-ci il tarixədək olan dövrdə qeyd edilən məktəbin direktoru işləmiş Rəşad Əsədovun davamiyyəti olmayan işçilərə və tədris olunmadığı halda dərnək dərslərinə görə müəllimlərə əməkhaqqı ödənilməsi, evdə fərdi təhsilə cəlb edilmiş sağlamlıq imkanları məhdud şagirdlərə tədris olunan dərs saatlarına görə müəllimlərə hesablanmış əməkhaqqının öz əməkhaqqı kartına köçürülməsi və digər yollarla ümumilikdə 53 min manatdan artıq dövlət vəsaitini mənimsəməsinə, həmçinin rüşvət müqabilində məktəbdə təhsil alan şagirdin adına olan ümumi orta təhsil haqqında attestata başqa şəxsə aid məlumatları daxil etməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Rəşad Əsədova qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.1, 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.2 (vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə görə rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

 

Kamal Məmmədov

 

 

Tarix: 5 Sentyabr 2024, 09:06   
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
103
4
pravda.az

4Mənbələr