Norveçdə casus kimi yetişdirildiyi iddia edilən ağ dərili belina güllələnərək öldürülüb.
“İki sahil”in məlumatına görə, heyvan haqları müdafiəçiləri hadisə ilə bağlı cinayət işi açılmasını tələb ediblər.
Norveçdə fəaliyyət göstərən “NOAH” və “One Whale” heyvanların hüquqlarının müdafiəsi təşkilatları Norveç polisindən hadisə ilə bağlı rəsmi təhqiqat başlatmasını tələb edərək şikayət edib.
İlk dəfə 2019-cu ildə Norveçin şimalındakı Finnmark sahillərində görünən və üzərində xüsusi qoşqu taxan balina, onun Rusiya tərəfindən yetişdirilmiş casus ola biləcəyi şübhəsi ilə gündəmə gətirilmişdi.
Məlumata görə, keçən şənbə günü Norveçin cənub-qərbindəki körfəzdə Hvaldimir adlı beluqa balina ölü tapılıb. Bazar ertəsi yarılma üçün Norveç Baytarlıq İnstitutuna aparılan Hvaldimirin cəsədində çoxlu güllə yaraları aşkar edilib.
Ekspertizanın yaxın üç həftə ərzində tamamlanacağı gözlənilir.
Məhərrəm Ağalaroğlu, “İki sahil”