AZ

Mövzu, Zəngəzur dəhlizidir... - GƏLİŞMƏ

İran Xarici İşlər Nazirliyinin Avrasiya Baş İdarəsinin rəisi Müctəba Dəmirçilu Rusiyanın Tehrandakı səfiri Aleksey Dedovla görüşüb. İRNA xəbər verir ki, görüşdə ikitərəfli münasibətlər, ölkələrin ərazi bütövlüyü və qarşılıqlı maraq doğuran məsələlər, o cümlədən Cənubi Qafqazda regional əməkdaşlıq müzakirə edilib. Bundan başqa, Cənubi Qafqazda gedən proseslər barədə danışarkən İran XİN rəsmisi bildirib ki, Tehran beynəlxalq səviyyədə tanınmış sərhədlərin dəyişdirilməsinə və istənilən geosiyasi dəyişikliyə qarşı çıxır. Qeyd olunub ki, tərəflər “3+3” formatında gələcəkdə keçiriləcək iclas və İran, Rusiya və Azərbaycan xarici işlər nazirlərinin görüşü haqqında fikir mübadiləsi aparıblar.Mövzu, Zəngəzur dəhlizidir...Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Zəngəzur dəhlizi məsələsi, təkcə İranın marağında və narazılığında olan məsələ deyil.“Burada Amerikanın, Rusiyanın və Çinin xüsusi maraqları var. Yəni Zəngəzur dəhlizi ilə bağlı məsələdə geopolitik maraqlar toqquşur. Hər kəs istəyir ki, o dəhlizdə öz üstünlüyü olsun. Dəhliz onun nəzarətində olsun. Hətta Rusiya öz qoşunlarının nəzarətində olmasını istəyir. Amerika və Fransa kimi qərb qrupları, dövlətləri onların hərbi nəzarətində olmasını istəyirlər. Bu mənada Zəngəzur dəhlizi üzərində maraqlar toqquşur, kəsişir, uzlaşır”-deyə Mübariz Göyüşlü qeyd edib.Politoloqun sözlərinə görə məhz bu səbəbdən də, İkinci Qarabağ müharibəsindən 4 il keçməsinə baxmayaraq, hələ də dəhlizin açılması reallaşmayıb.“İranın "3+3" formatı ilə bağlı məsələlərə dəstək verməsi müsbətdir. Bu təklif Azərbaycandan və Türkiyənin dəstəyindən irəli sürülən bir məsələ idi. Regional əməkdaşlığı, Cənubi Qafqaz ölkələri ilə, onun qonşuları ilə əməkdaşlığı nəzərdə tutur. Çox gözəl formatdır”-deyən politoloq hesab edir ki, bu cür əməkdaşlıqlar içərisində də Azərbaycan-İran, Rusiya-Azərbaycan-Türkiyə strateji müttəfiqliyi və digər əməkdaşlıqlar çərçivəsində də Zəngəzur dəhlizi ilə bağlı məsələlərinin də reallaşdırılması mümkün ola bilər.Politoloq hesab edir ki, bu məsələni gerçəkləşdirmək lazımdır. Onun sözlərinə görə, Zəngəzur dəhlizi region ölkələri arasında qarşılıqlı iqtisadi və siyasi maraqların təmin olunmasında ciddi bir rol oynaya bilər.

Seçilən
129
dia-az.info

1Mənbələr