AZ

Pirşağının problemləri səbr səddini aşır, məsul qurumlardan "səs" çıxmır - Yol, lyuk, avtobus, kart...

Müxtəlif zamanlarda Pirşağı kəndinin müxtəlif problemlərindən yazmışıq. Demişik ki, Pirşağının su problemi var. Qısa bir müddətdə bu problem öz həllini tapıb. Kəndin yol problemindən dəfəflərlə söz açsaq da, hələ ki, müvafiq qurumdan bir fəaliyyət görməmişik. İki il əvvəl yolu təmir etmişdilər, sonra işıq və kanalizasiya çəkildi, yolu dağıtdılar. İndi yol elə bir vəziyyətdədir ki, hər dəfə keçəndə yolu bu günə salanların bütün qohum-əqrabası "yad edilir". Bundan başqa yollarda ağzı açıq şəkildə tərk edilən lyuklar var ki, bu da sürücülər üçün ayrı bir dərddir. Yaxınlıqda yaşayanlar məcbur olur həmin lyuklara ağac və ya diqqəti özünə çəkən ölçüdə taxta parçası salır ki, sürücülər uzaqdan görüb, ora düşməsin. Məsul olan müvafiq qurum bununla bağlı hansısa konstruktiv addım atırmı? Əsla! Bu da azmış kimi, Pirşağıdan dənizə gedən istiqamətində yolu sanki bilərəkdən lyuklarla doldurublar ki, hər dəfə keçəndə bunun səbəbkarlarını xüsusi "xatırlayasan"...Pirşağının digər problemi, avtobus problemidir. Avtobus var, amma olmasa ondan yaxşıdır. Pirşağı kəndinin avtobusları, sözün əsl mənasında Nuh əyyamından qalıb. Öncə qeyd edək ki, 173 saylı avtobusun intervalında da problem var. Avtobuslar o qədər köhnədir ki, avtobusdan istifadə edəndə düşünürsən ki, evə sağ çatacağammı?Bilirsiniz ki, artıq avtobusların hamısı kart sistemi ilə çalışır. Amma 173 avtobusları o qədər köhnədir ki, kart vurub keçəndə də tərəddüd edirsən. Ağıllarda bir sual: yarı yolda düşməyə məcbur qalmayacağam ki?!Ötən gün kənddə fəaliyyət göstərən gözəllik salonlarından birində çalışan qadınlar bununla bağlı şikayətlərini dilə gətirdilər. Bildirdilər ki, artıq dəfələrlə 173 saylı avtobusda eyni vəziyyətlə qarşılaşıblar.“Avtobusa kartını vurub daxil olursan, 3-4 daynacaq sonra avtobus xarab olur, sürücü düşməyimizi tələb edir, mənzil başına çatmaq üçün isə, yenidən avtobusa miib getməliyik və bunun üçün yenidən kart vurmalı oluruq. Bu da o deməkdir ki, bir yolu ikiqat yol pulu xərcləyib gedirik. Biz dərdimizi kimə deyəcəyimizi də bilmirik. Niyə bu avtobuslara bir çarə edilmir?”-deyə vətəndaş öz narahatlığını bildirib.Başa düşürük ki, hər kəs qazanmaq üçün çalışır. Amma insanların cibinə girərək, qazanmaq heç doğru deyil. Ümid edirik ki, avtobusların sahibkarları və nəqliyyatın məsulları bu problemi tezliklə həll edəcəklər.Mövzuya qayıdacağıq...İradə Cəlil, Bizimyol.info

Seçilən
179
dia-az.info

1Mənbələr