AZ

Bu il Azərbaycan bankları qiymətli kağızlardan 255 milyon manata yaxın gəlir əldə edib

2024-cü ilin avqustun 1-nə Azərbaycan banklarının qiymətli kağızlar üzrə faiz gəlirləri 254,9 milyon manat olub.

FED.az bu barədə Mərkəzi Bankın hesabatına istinadən xəbər verir.

Həmin göstərici iyulun 1-nə olan dövr ilə müqayisədə 16,1 milyon manat və ya 6,7%, ötən ilin müvafiq dövrü ilə müqayisədə 40,3 milyon manat və ya 18,8  çoxdur.

2023-cü ilin avqustun 1-nə Azərbaycan banklarının qiymətli kağızlar üzr faiz gəlirləri 238,8 milyon manat olub.

Bu ilin 1 iyul vəziyyətinə bu göstərici 214,6 milyon manat təşkil edib.

Seçilən
88
fed.az

1Mənbələr