AZ

SEPAH generalı və ailə üzvlərinin qaçaqmalçılıqla əldə etdiyi gözqamaşdıran sərvəti üzə çıxdı

SEPAH-ın keçmiş komandirlərindən biri, “Mustəzəfan” (Xeyriyyə) Fondunun sabiq rəhbəri Möhsün Rəfiqdustun və qaçaqmalçılıqla məşğul olan ailəsinin sərvəti üzə çıxıb.
Vətəninfo.az İran Telegram kanallarına istinadən xəbər verir ki, Rəfiqdustun oğulları Yasər, Səid və Əmir Hüseyn, o cümlədən qızı Mona çox sayda dərman idxalı və tikinti şirkətlərinə sahibdirlər.
SEPAH generalı hakimiyyətdəki nüfuzundan yararlanaraq çox aşağı faizli dövlət subsidiyası ilə əsasən xaricdən ölkəyə dərman preparatları idxal edir və bina tikintisi həyata keçirir.
Qeyd olunub ki, Möhsün Rəfiqdustun ilk övladı Avstriya vətəndaşlığı alan Yasər Rəfiqdust dərman və tibbi ləvazimatların qaçaqmalçılığı ilə məşğul olur.

Seçilən
62
veteninfo.az

1Mənbələr