AZ

Millimiz bu gün ilk oyununu keçirəcək

Azərbaycan yığması UEFA Millətlər Liqasında bu gün ilk oyununu keçirəcək.

 

Modern.az-ın məlumatına görə, Fernandu Santuşun baş məşqçisi olduğu kollektiv Bakıda İsveç ilə üz-üzə gələcək.

 

Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq görüş saat 20:00-da start götürəcək. Qarşılaşmanı macarıstanlı FIFA referisi Balaş Berkey idarə edəcək.

 

C Liqasının I qrupundakı digər matçda Slovakiya Estoniyanın qonağı olacaq. Bu oyun saat 22:45-də başlayacaq.

 

UEFA Millətlər Liqası

C Liqası, I qrup

I tur

5 sentyabr

20:00. Azərbaycan - İsveç

 

Baş hakim: Balaş Berkey (Macarıstan).

 

Bakı, Tofiq Bəhramov adına Respublika stadionu.

 

Qeyd edək ki, Azərbaycan millisi sentyabrın 8-də səfərdə Slovakiya ilə qarşılaşacaq. İsveç isə evdə Estoniyanı sınağa çəkəcək.

Seçilən
18
12
modern.az

10Mənbələr