Ermənistanın keçmiş prezidenti Serj Sərkisyanın işində bəraət hökmü çəxaran hakim Vahe Misakyana qarşı proses başlayıb.
Referans.az xəbər verir ki, Misakyan keçmiş baş nazir Vazgen Manukyanın məhkəmə prosesinin müddətində pozuntuya yol verməkdə günahlandırılır.
Ermənistan KİV-in məlumatına görə, burada hökumətin əsas hədəfi Manukyan deyil, Sərkisyanın cinayət işinə yekun vurulması qərarına görə hakimə təzyiqdir.
Keçmiş prezident Robert Köçəryana qarşı cinayət işində bəraət hökmü çıxaran hakim Anna Danibekyanın vəzifəsindən kənarlaşdırılmasından sonra bu addım hökumətin müxalifətə qarşı növbəti gedişi kimi qəbul edilib.
Belə ki, Danibekyan məsələsindəki ciddi narazılıqdan sonra prosesə baxan digər hakimin birbaşa Sərkisyanın cinayət işi üzərindən deyil, başqa yolla vurulmasına çalışılır./ Globalinfo.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta