AZ

“CBC” TV təqdim edir: Fransa Mayotu ölüm adasına çevirib

Nizami Kino Mərkəzində təqdimatı olan yeni film kinosevərləri və bir çox tanınmış şəxsi növbəti dəfə bir araya toplamışdı. Qəmər Adaları İttifaqının Mayot adasına həsr olunmuş “Mayot. Ölüm adası” filmini “CBC” televiziya kanalı ekranlaşdırıb.

Mərasim başlandı. Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abba­sov ekran əsərinin əhəmiyyətindən danış­dı:

– Fransanın yeni müstəmləkəçilik si­yasətindən əziyyət çəkən müstəqil Qəmər Adaları İttifaqı dövləti və onun tərkib his­səsi olan Mayot adasının ictimai-siyasi xadimləri, diplomatlar, elmi dairələrinin nümayəndələri, qeyri-hökumət təşkilatla­rının rəhbərləri, siyasi partiyaların üzvləri Bakıda bir araya gəliblər. Səfər çərçivə­sində qonaqlar bir sıra ikitərəfli görüşlər keçirəcəklər.

Sonra film nümayiş olundu.

Filmdə Qəmər Adalarının 1975-ci ildə müstəqilliyini elan etdikdən sonra BMT-yəyekdilliklə qəbul edilməsinə, dövlətin əra­zi bütövlüyünün bütün beynəlxalq təşki­latlar tərəfindən tanınmasına baxmayaraq, Fransanın qeyri-qanuni referendumlar ke­çirərək Mayot adasını işğal etməsi tarixi faktlarla nümayiş etdirilir. “Mayot. Ölüm adası” qısametrajlı filmində Qəmər arxipe­laqının çağdaş dövrdə üzləşdiyi faciələr və işğalın nəticələri özünü hərtərəfli göstərir. Fransanın işğal etdiyi Mayot adasında yox­sulluq səviyyəsində yaşayan yerli sakin­lərlə buraya köçürülmüş zəngin fransızlar arasında həyat səviyyəsinin fərqi filimdə əsas hədəflər sırasındadır. Filmdə göstərilir ki, Mayot adasında yaşayanların 30 faizin­dən çoxunun heç bir sənədinin olmadığı da ekran əsərində qabardılır. 

Film maraqla qarşılandı və ətraflı mü­zakirə edildi. 

Mərasimdə iştirak edən Mayot Adası­nın Müstəqilliyi Uğrunda Mübarizə Ko­mitəsinin üzvü Ahmed Tabet təqdimatdan əvvəl jurnalistlərə açıqlamasında dedi:

– Mayot da digər müstəmləkələr kimi işğal olunub. Hər bir xalq işğala son qo­yulması uğrunda mübarizə aparmalıdır. Azərbaycan və Bakı Təşəbbüs Qrupunun fəaliyyətini yüksək qiymətləndirirəm. Bu gün Azərbaycan özünü dünyada neoko­lonializmlə mübarizə aparan dövlətlərə kömək edən bir ölkə kimi tanıdıb. Biz Bakıda konfrans keçirəcəyik. Orada əsas diqqət müstəmləkəçiliyə qarşı mübarizə üsullarını nəzərdən keçirmək olacaq. 

Telekanalın böyük redaktoru Gülzar Mustafayeva ekran əsəri barədə XQ-yə bildirdi: 

– Filmin baş prodüseri “CBC TV”nin rəhbəri Vüqar Xəlilovdur. Ekran əsərinin ərsəyə gəlməsində xarici həmkarlarımız da bizə yaxından kömək ediblər. Bu filmi hazırlayarkən oradakı yerli əhali bizə da­nışırdı ki, Fransa öz maraqlarını qorumaq üçün müstəmləkə ərazilərinə sakinlərini göndərir. Yerli əhali Qəmər adalarında olan qohumları ilə, ümumiyyətlə, görüşə bilmir. Həmin ərazilərə qaçqın kimi gələnlər isə cinayətkar hesab olunur. Filmdə Mayot adasında yaşayan əhalinin taleyindən bəhs olunur. Burada Fransanın müstəmləkəçilik siyasəti nəticəsində onların üzləşdiyi çə­tinliklərə nəzər yetirilir. Yerli əhalinin din­lərindən, dillərindən, adət-ənənələrindən məhrum edilməsi əsərdə ön plana çəkilib. Onlar öz ölkələrində hüquqsuz yaşayırlar, amma Fransadan gələn fransızlar Mayot adasında nə istəyirlər edirlər. Yerli əhali isə quldarlıq dövründəki kimi yaşayır. Film əhalinin üzləşdiyi bu və ya digər çətinlik­lərə, hüquqsuzluğa işıq tutur. 25 dəqiqə davam edən ekran işi rus dilinə tərcümə edilərək, dublyaj olunub.

Ceyhun BALABƏY
XQ

Seçilən
174
xalqqazeti.az

1Mənbələr