AZ

Mehdi Hüseynzadənin fotosundakı nadir incilər haradadır?

“Mədəniyyət müxbiri olmaq təkcə şou-biznes xəbərləri, ya incəsənət xadimlərinin həyatı, mədəniyyət ocaqlarındakı tədbirlərlə yekunlaşmasın. Hərdən qəribə araşdırmalar edilsəydi... Yox, hansı müğənninin neçə qabırğasını götürməsi, uşağının atasının kim olması, botoxlu sifətinin detallarının araşdırılmasını nəzərdə tutmuram”.

Bunu News365.az –a açıqlamasında yazıçı publisist Azər Qismət deyib. O bildirib ki, mədəniyyət müxbiri üçün bu gün araşdırmağa və yazmağa kifayət qədər mövzu var:

“Məsələn, təqdim etdiyim bufotodakı Mehdi Hüseynzadədir. 1939-cu ildə Rüstəm Mustafayev adına İncəsənət Muzeyinin əməkdaşı olanda çəkdirib. Bu fotonun ardınca düşüb muzeydə araşdırma aparmaq olar ki, Mehdinin arxasındakı rəsm əsərlərinin hansı qalıb.

Qalmayıbsa, bəs onlar haradadır?

İkinci  dünya müharibəsindən sonra Jukov bütün sənət əsərlərini öz evinə gətirməyib ki. Təbii ki, qənimətlər müttəfiq respublikaların muzeylərinə də verilib. Eləcə də İncəsənət muzeyimizə. Özü də çox verilib. Hər halda Beriya-Bağırov dostluğu da rol oynayıb. Maraqlı araşdırma olardı”.

News365.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
news365.az

1Mənbələr