AZ

Ölkəmizin nüvə maraqlarını Rusiyaya qurban verdik 

İran Əhatəli Razılaşma Müqaviləsi ilə bağlı maraqlarını Rusiyanın Ukraynadakı mənafeyinə qurban verdi.

Bakıvaxtı.az İran İnqilab Keşikçiləri Qvardiyasının (Sepah) teleqram kanalına istinadən xəbər verir ki, bunu İran parlamenti Milli Təhlükəsizlik Komissiyasının keçmiş üzvü Heşmətullah Əli Fəlahətpişe bildirib.

Onun sözlərinə görə, Rusiya Zəngəzur yolunun açılmasına razılıq verməklə İranın yolunu bağlayır: "Keçmiş prezident İbrahim Rəisi İranın nüvə sazişi ilə bağlı maraqlarını Rusiyanın Ukraynadakı mənafeyinə qurban verdi. İndiki hökumət (Prezident Məsud Pezeşkianı nəzərdə tutur - red.) bu səhvi təkrarlamamalı və Moskva ilə birtərəfli dostluğun tələsinə düşməməlidir. Bu, İranın strateji mövqelərnin zəifləməsinə, milli maraqlarının tapdalanmasına gətirib çıxara bilər”.

H.Fəlahətpişe İranda nüfuzlu siyasətçi, politoloq, jurnalistdir. Əllamə Təbatəbai Universitetinin professorudur. O, parlamentin yeddinci, səkkizinci və onuncu çağırışlarının deputatı, 1997-1998-ci illərdə Milli Təhlükəsizlik İdarəsinin rəisi və parlamentin Xarici siyasət komissiyasının üzvü olub.

Seçilən
147
4
bakivaxti.az

5Mənbələr