AZ

Bu ölkə Rusiya ilə müharibəyə hazırlaşır

Rusiya təkcə Estoniya üçün deyil, bütün Qərb üçün təhlükədir və Rusiyanın NATO ölkələrindən birinə hücumunu istisna etmək olmaz.

Aktual.az xəbər verir ki, bu barədə Estoniyanın müdafiə naziri Hanno Pevkur müsahibəsində bildirib.

Onun sözlərinə görə, alyans ölkələri Rusiyanın mümkün hücumuna hazır olmalıdır.

Rumıniyada PUA qalıqlarının düşməsini və Rusiya raketlərinin Polşaya daxil olmasını xatırladan nazir bildirib ki, bu, klassik NATO-ya hücum deyil, çünki bütün bu hücumların hədəfi Ukrayna idi, lakin alyans ölkələri də buna hazır olmalıdır.

"Rusiya təkcə Estoniya üçün deyil, bütün Qərb üçün təhlükədir. Təhdid olanda isə bizim ona cavabımız olmalıdır. Bu cavabı axtararkən biz başa düşməliyik: rusların başa düşdüyü yeganə şey gücün dilidir", - deyə o vurğulayıb.

O bildirib ki, Estoniya hərbi istehsalını artırır:

"Bu səbəbdən çoxlu sursat alırıq. Ona görə də NATO ölkələri üçün yeni regional planlar yaratdıq. Bu, Rusiyanın indi Qərb üçün yaratdığı təhlükəyə cavabımızdır", - deyə Pevkur vurğulayıb.

Seçilən
61
2
ulusum.az

3Mənbələr