AZ

Çıxarışı olmayan mənzillərdən vergi tələb edilir? - NƏ BAŞ VERİR?

“Əmlak vergisi yalnız mülkiyyəti təsdiq edən sənədi olan əmlak sahiblərinə tətbiq edilir. Qanunvericilikdə “kupça”sı olmayan evlərə görə əmlak vergisi nəzərdə tutulmayıb. Belə hallarla üzləşən vətəndaşlar yerli bələdiyyələrə müraciət edərək Vergi Məcəlləsinin müvafiq maddəsinə istinad edə bilərlər. Həmin maddəyə görə, yalnız xüsusi mülkiyyətdə olan evlər üçün əmlak vergisi hesablanır. Təəssüf ki, bu gün bələdiyyələr bəzən çıxarışı olmayan mənzillərin sahiblərindən də əmlak vergisi tələb edir".Bunu Bakupost.az -a əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib.Onun dediyinə görə, belə ərazilərdə sakinlərin mülkiyyət hüququ formalaşmasa da, yaşamaq hüququ formalaşıb. Odur ki, sakinlər bələdiyyəyə vergi ödəyirlər:“Əgər sakin maliyyə arayışı verib, tam ödəniş edib mənzil alıbsa, artıq həmin mənzil üzərində mülkiyyət hüququ yaranır. Həmçinin bir binada 100 mənzildən biri çıxarış alıbsa, digər mənzillər də əmlak vergisinə cəlb olunur. Qeyd edim ki, əmlak vergisi ildə bir dəfə ödənilir”.
 

Facebook-da paylaş

Seçilən
123
50
dunyapress.info

10Mənbələr