AZ

Şamaxıda iki qardaşın bıçaqlanmasının detalları məlum oldu

Şamaxıda baş verən bıçaqlanma hadisəsi ilə bağlı detallar məlum olub.

seher.media-ın məlumatına görə, hadisə zamanı bıçaq xəsarətləri alan Laçın və Əlisəfa Məmmədovlar qardaşdırlar.

Hadisəni törədən F.Əhmədov isə onların qonşusu olub.

İnsidentə səbəb isə Məmmədovlar qardaşlarının həyətindən gələn kəskin peyin qoxusu olub.

Tərəflər arasında bununla bağlı mütəmadi mübahisələr olub. Son mübahisə isə qanla bitib.

Samir İsayev

Sentyabrın 4-də saat 23 radələrində Şamaxı şəhərində 1966-cı il təvəllüdlü Laçın Məmmədov və 1975-ci il təvəllüdlü Əlisafa Məmmədovun kəsilmiş-deşilmiş xəsarətlər almaları barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan seher.media-a bildirilib ki, polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 49 yaşlı Fərhad Əhmədov saxlanılıb.

Hadisə şəxsi münasibətlər zəminində baş verib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
89
50
seher.media

10Mənbələr