Türkiyə Super Liqasının 6-cı turunda keçiriləcək “Fənərbaxça” – “Qalatasaray” matçının vaxtı müəyyənləşib.
Publika.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
İstanbul derbisi sentyabrın 21-də, Bakı vaxtı ilə saat 21:00-da start götürəcək Qarşılaşma "Şükrü Saracoğlu" stadionunda baş tutacaq.