AZ

Özünü "krosnu"nun dirəyindən asdı

Bu gün saat 3 radələrində İsmayıllı rayonunda intihar hadisəsi baş verib.

Bakıvaxtı.az-ın xəbərinə görə, hadisə rayonun Kürdmaşı kəndində qeydə alınıb. Belə ki, kənd sakini, 1968-ci il təvəllüdlü Sənani Cəfərov yaşadığı evdə özünü asıb. Onun əsəb xəstəliyindən müalicə aldığı bildirilir.

Məlumata görə, 56 yaşlı kişinin meyitini ailə üzvləri evin qarşısındakı "krosnu" antennasının dirəyindən asılı halda tapıblar.

Mərhum 3 uşaq atası imiş.

Hadisəilə bağlı İsmayıllı rayon Prokurorluğu araşdırma aparır.

Kərim Abbaszadə

Seçilən
106
35
bakivaxti.az

10Mənbələr