Ötən gecə Belarus hərbi təyyarələri ölkənin Qomel vilayəti üzərində Rusiyaya aid iki “Şahed” PUA-sını vurub.
“AzPolitika” xəbər verir ki, bu barədə “Belaruskiy Qayun” portalı məlumat yayıb.
Xəbər verilir ki, Belarusun Baranoviçi hərbi aerodromundan qalxan qırıcılar gecə saat 01.34 və 01.36-da Rusiyadan Ukraynaya göndərilən və bu zaman Belarusun hava məkanına daxil olan iki PUA-nı vurub. Bu, son zamanlar baş verən ikinci bu cür insidentdir.
“AzPolitika.info”