AZ

Böyük Britaniya, ABŞ və Aİ süni intellekt standartlarına dair saziş imzalayacaq

Böyük Britaniya, ABŞ və Aİ hüquqi cəhətdən məcburi olacaq süni intellektdən (AI) istifadəyə dair ilk beynəlxalq müqaviləni imzalamağa hazırlaşır.

Ucnoqta.az xəbər verir ki, bu barədə Financial Times (FT) məlumat yayıb.

Məlumata görə, söhbət Avropa Şurasının iki il ərzində 50-dən çox ölkənin, o cümlədən Kanada, İsrail, Yaponiya və Avstraliyanın nümayəndələri tərəfindən hazırlanmış sənədindən gedir.

Müqaviləni imzalayan bütün tərəflər AI sistemlərində hər hansı zərərli və ya ayrı-seçkilik yaradan məzmuna görə məsuliyyət daşıyacaqlar.
Buna əsasən, bərabərlik və şəxsi toxunulmazlıq hüququnu pozan materialların nümayişi qadağandır.

Seçilən
27
ucnoqta.az

1Mənbələr