"Qalatasaray"la yollarını ayıran Serxio Oliveyra karyerasını Yunanıstanda davam etdirəcək.
Offsideplus.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi "Olimpiyakos"la rəsmi müqavilə bağlayıb.
Oliveyra 2 mövsüm "Qalatasaray" formasında 58 oyuna çıxaraq 6 qol vurub, 7 məhsuldar ötürmə edib.