AZ

Vəba ölümləri artmaqda davam edir - ÜST » Medical Media


Statistik göstəricilər illik vəba ölümlərinin artdığını göstərib.

Ümumdünya Səhiyyə Təşkilatı 2023-cü il üçün vəbaya yoluxma və ölüm hallarının sayının artdığını göstərən qlobal statistikanı açıqlayıb. 
2022-ci illə müqayisədə 2023-cü ildə vəbaya yoluxma hallarının sayı 13%, ölüm halları isə 71% artıb. Qarşısı alına bilən və asanlıqla müalicə olunan xəstəlikdən keçən il 4000-dən çox insan dünyasını dəyişib. Uşaqlar arasında qeydə alınan yoluxma hallarının 38%-i 5 yaşa qədər olub.

Qeyd edək ki, vəba - çirklənmiş qida və su vasitəsilə yayılan kəskin bağırsaq infeksiyasıdır. Münaqişə, iqlim dəyişikliyi, çirkli su və kanalizasiyanın olmaması, yoxsulluq, təbii fəlakətlər səbəbindən əhalinin yerdəyişməsi vəba epidemiyalarının artmasına səbəb olub. 

İlkin məlumatlar göstərir ki, qlobal vəba böhranı 2024-cü ilə qədər davam edəcək. 2024-cü ildə bildirilən yoluxmaların sayı keçən ilin eyni dövrü ilə müqayisədə daha az olsa da, avqustun 22-nə bütün qitələrdə 342 mindən çox hadisə və 2,400 ölüm halı artıq ÜST-ə bildirilib.

Seçilən
233
17
medicalmedia.az

10Mənbələr