AZ

Çempionlar Liqası: Azərbaycanın minifutbol komandaları ilk oyunlarına çıxacaqlar

Çempionlar

Bakı, 5 sentyabr, AZƏRTAC

Bu gün son Azərbaycan çempionu “Birbaşa Bakı” və ötən mövsümün ikincisi “Aznur” minifutbol üzrə Çempionlar Liqasının qrup mərhələsində ilk oyunlarını keçirəcəklər.

AZƏRTAC xəbər verir ki, ilk olaraq meydana “Aznur” komandası çıxacaq. Təmsilçimiz Fransanın “Bayonna” kollektivi ilə üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

“Birbaşa Bakı” isə “Orteqa Tvins” (İspaniya) ilə qarşılaşacaq. Matç 19:00-da start götürəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
50
azertag.az

10Mənbələr