Nazirlər Kabineti “Dəmiryol nəqliyyatı ilə yüklərin daşınması Qaydaları”nı təsdiq edib.
KONKRET.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, Qaydalar ölkədə dəmiryol nəqliyyatı ilə yüklərin daşınmasının təşkilinə və yerinə yetirilməsinə dair tələbləri müəyyən edir, habelə yükgöndərənlə (yükalanla) daşıyıcı arasında yaranan qarşılıqlı münasibətləri tənzimləyir.
Qaydalara əsasən, dövlət sirrini təşkil edən məlumatların olduğu sifarişlər istisna olmaqla, dəmiryol nəqliyyatı ilə yük daşınmasının həyata keçirilməsi üçün yükgöndərən daşıyıcının internet informasiya ehtiyatı üzərindən daşıyıcıya yükdaşıma sifarişi təqdim edəcək.
Bundan başqa, yükdaşıma sifarişi forması, habelə sifarişin təqdim edilməsini daşıyıcı internet səhifəsində dərc edəcək.