AZ

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov vətəndaşlarla görüşüb » Medical Media


TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov qəbul qrafikinə uyğun olaraq növbəti dəfə vətəndaşlarla görüş keçirib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşların qəbulu və müraciətlərinə baxılması işinin daha da yaxşılaşdırılması ilə bağlı qarşıya qoyduğu tapşırıqların icrası məqsədilə keçirilən qəbul prosesində TƏBİB-in aidiyyəti struktur bölmələrinin rəhbərləri də iştirak ediblər.

Qəbulda 6 vətəndaşın müraciətinə baxılıb. 

Müayinə, müalicə, işlə təmin olunma, əməkhaqqı və digər mövzuları əhatə edən müraciətlər diqqətlə dinlənilib və bir sıra məsələlər yerində həll olunub. 

Digər müraciətlərin araşdırılması və qanunvericiliyə uyğun baxılması məqsədilə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Seçilən
229
medicalmedia.az

1Mənbələr