Azərbaycan Ermənistandan silahlı qüvvələrinin təchizatının məhdudlaşdırılmasını tələb edir.
Teleqraf.com xəbər verir ki, bunu erməni deputat Tiqran Abramyan deyib.
Siyasətçinin fikrincə, bu, sülhlə bağlı rəsmi Bakının şərtlərindən biridir.
“Son zamanlar Azərbaycandakı müzakirələrdən görünən Ermənistanın silahlı qüvvələrinin təchizatına məhdudiyyətlərin qoyulması ilə bağlı yanaşma, İrəvanın qarşısına qoyulan digər ilkin şərt kimi qiymətləndirilməlidir”, - deputat bildirib.
Abramyanın sözlərinə görə, Ermənistan hökuməti bu səbəbdən müdafiə məsələlərinə, o cümlədən silah və hərbi texnikanın alınmasına böyük diqqət yetirmir.
Müəllif: Mənsur Rəğbətoğlu