AZ

İtaliya-Azərbaycan ticarət əməkdaşlığı: Qabaqcıl texnologiyalar Azərbaycanda tətbiq olunacaq

Azərbaycan və İtaliya yaxın gələcəkdə müxtəlif sahələrdə birgə müəssisələr quracaqlar.

Fins.az xəbər verir ki, bu barədə Romada jurnalistlərə İtaliya-Azərbaycan Ticarət Palatasının prezidenti Manuela Traldi məlumat verib. O, azərbaycanlı həmkarlarla özəl sektor nümayəndələrinin iştirak etdiyi səmərəli görüşlərin keçirildiyini və İtaliyanın sahibkarlıq naziri ilə Azərbaycanın iqtisadiyyat nazirinin iştirakı ilə yüksək səviyyəli dəyirmi masa təşkil ediləcəyini bildirib.

Traldi, Ticarət Palatasının Azərbaycana investisiyaların cəlb edilməsinə yönəldiyini və bunun üçün müxtəlif yollarla çalışıldığını vurğulayıb. O qeyd edib ki, İtaliya-Azərbaycan Ticarət Palatası Trans-Adriatik Boru Kəməri (TAP) layihəsinə ümidlə yaradılıb və bu layihə ölkələr arasında əlaqələri gücləndirəcək:

"Hazırda bir neçə layihə üzərində iş aparılır və İtaliya, Azərbaycanın investisiya şirkətləri, AZPROMO və İqtisadiyyat Nazirliyi ilə sıx əməkdaşlıq edir. Azərbaycanda birgə müəssisələrin yaradılması ilə qabaqcıl İtaliya texnologiyalarının ölkənin biznes və istehsal mühitinə gətiriləcəyini və bunun iqtisadiyyatın şaxələndirilməsinə töhfə verəcək.

Birgə müəssisələr sənaye, neft-kimya, metallurgiya və kənd təsərrüfatı sahələrinə üstünlük verəcək. Eyni zamanda, səhiyyə, qida sənayesi, dəri emalı, ayaqqabı istehsalı və toxuculuq sektorları üzrə də yeni layihələr hazırlanır. Bu layihələr Azərbaycanda kənd təsərrüfatının gələcək inkişafına dəstək verməyi hədəfləyir".

Fuad Mədətov
Fins.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
fins.az

1Mənbələr