AZ

İsrail ordusu Qəzzada amansız hücumlar törətməyə davam edir

İsrail ordusunun dünən səhər saatlarından etibarən Qəzza zolağının müxtəlif bölgələrinə təşkil etdiyi hücumlar nəticəsində 22 fələstinli həyatını itirib.
Bu barədə Qəzza zolağındakı Mülki Müdafiə İdarəsinin sözçüsü Mahmud Basal rəsmi ''Telegram'' kanalında paylaşım edib.
Basal bildirib ki, İsrail Qəzza zolağının şimalından cənubdakı Rəfah sərhədinə qədər müxtəlif bölgələrdə hücumlarını davam etdirir.

Xatırladaq ki, ''Həmas''ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları İsrailin fələstinlilərə və onların müqəddəs dəyərlərinə qarşı davamlı pozuntularına cavab olaraq oktyabrın 7-də səhər saatlarında hərtərəfli hücuma keçib. İsrail qüvvələri də buna cavab olaraq Qəzza zolağına intensiv hücumlara başlayıb.

İsrail oktyabrın 7-dən bu yana1200-dən çox israillinin öldüyünü, 5132 nəfərin yaralandığını açıqlayıb. İsrail ordusu Qəzza zolağında baş verən qarşıdurmalarda 705 İsrail əsgərinin həlak olduğunu, 40 401 əsgərin də yaralandığını bildirib.

Qəzzadakı hökumətin məlumatına görə, İsrailin oktyabrın 7-dən bu yana həyata keçirdiyi hücumlarda Qəzza zolağında 16 673-ü uşaq və 11 269-u da qadın olmaqla 40 861 fələstinli öldürülüb, 94 398 adam da yaralanıb.

Dağıntılar altında minlərlə ölünün olduğu, insanların sığındığı xəstəxana və təhsil müəssisələrinin hədəf alınaraq mülki infrastrukturun məhv edildiyi bildirilir.

Oktyabrın 7-dən bəri işğal altındakı İordan çayının qərb sahili və Qüdsdə İsrail qüvvələrinin və yəhudilərin hücumları nəticəsində 685 fələstinli həyatını itirib.

 

 



Seçilən
164
14
trt.net.tr

10Mənbələr