AZ

“Qəbələ” Şuaybu ilə niyə müqavilə bağlamır? – klub rəsmisi açıqladı

Bir müddətdir “Qəbələ”nin düşərgəsində olan Abdullah Şuaybu ilə hələ də rəsmi müqavilə imzalanmayıb. Daha öncə “Kəpəz”də çıxış edən hücumçu Hepatit B virusu daşıdığı üçün Gəncə klubundan ayrılmışdı.

Hazırda Şuyabunun xəstəliyinin davam edib-etmədiyini öyrənmək üçün “Qəbələ”nin meneceri Səbuhi Səfiyarlı ilə əlaqə saxladıq. O, İdmanxeber.az saytına məsələ ilə bağlı bunları dedi:

Bəli, Şuaybu klubun düşərgəsindədir. Bir müddətdir onun verdiyi test nəticələrinin cavablarını gözləyirdik. AFFA özü də bu məsələ ilə ciddi maraqlanır. Analizlərlə, test nəticələriylə tanışdır. Federasiya oyunçunun heç bir xəstəliyinin olmamasından əmin olmaq istəyir. Artıq hər şey təsdiqlənib. Şuaybu bir neçə klinikadan yoxlamadan keçib, fərqli həkimlərlə məsləhətləşmişik. Oyunçuda heç bir virus aşkarlanmayıb, tam sağlamdı. Müqavilə bağlamağımız üçün əngəl qalmayıb. Hazırda onun meneceri ilə sözləşmənin detallarını müzakirə edirik”.

Həsən Quluzadə

 

Seçilən
125
idmanxeber.az

1Mənbələr