"Fənərbaxça"dan ayrılaraq "Alanyaspor"a keçən Serdar Dursun karyerası ilə bağlı önəmli açıqlamalar verib.

Offsideplus.az xəbər verir ki, futbolçu təcrübəli çalışdırıcı Xorxe Jesusla bağlı bunları söyləyib:

"Xorxe Jesus Türkiyəyə niyə gəldi? Kaş ki, heç bu ölkəyə gəlməsəydi. O olmasaydı, həyatım başqa cür olardı. İkinci dövrədə asanlıqla 20 qol vurardım. Milli komandada oynayardım. Təəssüf ki, mən də öz seçimlərimlə səhvlər etdim. İndi məqsədim yenidən millidə olmaqdır."