Zəngəzur dəhlizi uğrundakı çarpışmalar hər keçən gün daha təhlükəli hal alırNamiq BilalZəngəzur ərazicə çox kiçik, qlobal əhəmiyyətinə görə çox böyük torpaq parçasıdır. İlk növbədə anlamağa çalışaq: Bu kiçicik keçid niyə bu qədər böyük əhəmiyyət qazanıb? Axı Zəngəzura alternativ yollar da var. İstər Gürcustan, istərsə də İran üzərindən.Dəhlizin əsas əhəmiyyəti Turan yolu olmasıdır. Amerikalı politoloq Pol Qoblun Zəngəzurla bağlı çox möhtəşəm ifadəsi var: ˝Zəngəzur Türk dünyasının köksünə saplanmış lənətlənməş pazdır”.Bu paz sökülüb atılmadan və Zəngəzur Azərbaycana birləşmədən Türk dünyasının başı bədənindən ayrı qalacaq. Atatürkün “Türk yolu” adlandırdığı bu yol həqiqətən də Türk yolu olacaqsa, bu, Turanın böyüməsi üçün bir partlama effekti doğuracaq.Zəngəzur dəhlizinin ikinci əhəmiyyəti böyük ipək yolunun bir parçası olmasıdır. Çindən çıxacaq yüklər yalnızca Türk dövlətləri üzərindən keçərək Azərbaycana rahatca yetişir. Zəngəzur Azərbaycanın nəzarətində olacaqsa, yolun davamı da Türkiyə üzərindən Avropaya qədər rahat və maneəsizdir. Bu halda Çindən çıxan yük yalnız bir siyasi-geopolitik məkan uzərindən-Turan ərazilərindən keçərək Avrropaya catdırılır.Orta ipək yolu yalnızca Turan üzərindən keçəcəksə, türklər bu yolu saat mexanizmi kimi çalışan güvənli bir nəqliyyat dəhlizinə çevirəcəklər. Bu, Çinin, Avropanın, Turan ölkələrinin maraqlarına uyğundur. Yolun dəhliz formatinda açılması ABŞ, İran və Gürcüstanın maraqlarına ziddir.Rusiyanın isə dəhlizi öz nəzarəti altında açmağa çalışması məlum faktdır. Turan yolunun açılması İranın fars hakimiyyəti üçün ölüm və ya qalım məsələsi, Gürcüstan üçünsə əsas nəqliyyat dəhlizi statusunun itirilmasidir.ABŞ-yə gəldikdə, bu supergüc prosesin qarşısıalınmaz olduğunu görür və heç olmasa, dəhlizə nəzarət mexanizmini öz əlinə almağa çalışır. Zəngəzur Azərbaycanın nəzarətində olmayacaqsa, ˝başdan-başa türk yolu˝ ideyası sındırılır və ortaya yad bir güc, maneə girir. Bu da yolda əlavə təhlükəsizlik, bürokratik və maliyyə əngəlləri törədərdi. Üstəlik, Zəngəzura saplanacaq əlavə güc özünün siyasi-iqtisadi maraqlarını da işın ortasına yeridib yolu güvənli nəqliyyat güzərgahı deyil, geopolitik çəkişmələr məkanı edəcək. Yolun Azərbaycandan sonrakı davamının İran və ya Gürcüstan üzərindən keçməsi də hər zaman oxşar problemlər doğuracaq.Zəngəzur dəhlizinə nəzarət uğrunda çəkişmələrdə İranı və Gürcüstanı hesaba qatmamaq olar. Belə böyük oyunda əsas fiqurlardan olmaq üçün bu iki qonşu dövlətin resursları yetərli deyil.Qalır Rusiya, ABŞ və Bakı-Ankara tandemi. Rusiya dəhlizə oz təhlükəsizlik qüvvələrini yerləşdirmək üçün Ermənistana ciddi təzyiqlər göstərir. Lakin rəsmi İravan Rusiyanı deyil ABŞ-ni daha məqbul sayır, ölkə ərazisinə və Zəngəzur bölgəsinə Qərb və ABŞ qüvvələrinin yerləşdirilməsi prosesini stimullaşdırır. ABŞ və Rusiya Ukrayna səhnəsində açıq şəkildə toqquşur. Bu toqquşmanın nə dərəcədə təhlükəli hal aldığı gözlər önündədir. Artıq nüvə müharibəsi məsələsi belə ən yuksək kürsülərdən səsləndirilir.Zəngəzur dəhlizinə nəzarət çox böyük dividendlər vəd edən qlobal əhəmiyyətli məsələdir. Qazanılacaq dividendlərin böyüklüyü onu deməyə əsas verir ki, nə Rusiya, nə də ABŞ dəhliz uğrundakı çarpışmalardan heç vəchlə geri durmayacaqlar. Vəziyyət hər keçən gün daha təhlükəli hal alır. Bu çarpışmalar qaynar fazaya keçərsə, Cənubi Qafqazın da nisbətən kiçik ölçülü ˝ikinci Ukraynaya˝ çevrilməsi istisna edilmir.Bu halda yeganə təsəlli Zəngəzur bölgəsinin həm Qərbdən, həm də Rusiyadan coğrafi baxımdan uzaqda olmasıdır. Üstəlik, Cənubi Qafqazda Türkiyə-Azərbaycan tandemi kimi hərbi cəhətdən çox qüdrətli güc mərkəzi var. Bu güc mərkəzinin iradəsinin əksinə olaraq bölgəni qan gölünə çevirmək o qədər də asan deyil.Gələk dəhlizə nəzarəti əz əlinə almağa çalışan əsas gücə - Bakı-Ankara tandeminə. Dəhliz uğrunda bu qədər ehtiraslı çəkişmələrin getdiyi bir vaxtda bütün əhəmiyyətli məsələlərə emosional reaksiya verən Rəcəb Tayyib Ərdoğan susur.Məsələ Türkiyə üçün həyati dərəcədə əhəmiyyətlidir. Amma Ərdoğan susqunluğunu qoruyur. Bununla belə, son bir neçə gündə Türkiyə və Azərbaycan diqqət çəkən bəzi jestlər etdilər. Öncə müdafiə naziri Yaşar Gülər, daha sonra prezident R. T. Ərdoğan Qarabağ şəhidləri anaları ilə görüşdü. Əslində Ərdoğanın şəhid anaları ilə görüşməsində qeyri-adi bir şey yoxdur. Bununla belə, qələbədən 4 il sonra, bölgədə müharibə canlarının çaldığı bir dövrdə ard-arda öncə müdafiə nazirinin sonra da Prezidentin səhid anaları ilə görüşməsi ˝bölgə bizimdir, qələbəmizi unutmayın˝ mesajı təəssüratını doğurur.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta