"Real"ın və Xorvatiya millisinin yarımmüdafiəçisi Luka Modriç 2026-cı ildə keçiriləcək dünya çempionatında oynama ehtimalını şərh edib.
Publika.az xəbər verir ki, sentyabrın 9-da 39 yaşı tamam olacaq futbolçu bunu istisna etməyib:
“DÇ 2026-ya hələ çox var. Mənim yaşımda çox da irəli plan qura bilməzsiniz. İlkin vəzifə Millətlər Liqasında mümkün qədər yaxşı çıxış etməkdir. Bundan sonra nə olacağını görəcəyik. Heç nəyi təsdiq edə bilmərəm, çünki bu, tezliklə baş verməyəcək. Bu yaşımda bunun nə dərəcədə real olduğunu bilmirəm”.
Qeyd edək ki, Modirc Millətlər Liqasında Portuqaliya və Polşa ilə oyunlar üçün Xorvatiya millisinin heyətinə çağrılıb.