Qırğızıstan Xarici İşlər Nazirliyi həmvətənlərinə müvəqqəti olaraq Rusiyaya səfərdən çəkinməyi tövsiyə edir.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə departamentin mətbuat xidməti məlumat yayıb.
“Rusiya ərazisində tətbiq edilən əlavə təhlükəsizlik tədbirləri və əcnəbi vətəndaşların dövlət sərhədindən keçirilməsinə nəzarətin gücləndirilməsi rejiminin davam etdirilməsi ilə əlaqədar olaraq, Qırğızıstan vətəndaşlarına dövlət sərhədindən keçmələri tövsiyə olunmur”, - Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Gözəl Həşimova