AZ

Avtobus sürücülərinə görə məsuliyyət bu şirkətlərin boynundadır...

Avtobuslar və avtobus sürücüləri nəqliyyat sisteminin aparıcı qüvvəsidir. Onlar yalnız şəhər daxilində deyil, həm də uzun məsafələrdə sərnişin daşınmasını təmin edir. Avtobus sürücülərinin peşəkarlığı və məsuliyyət hissi sərnişinlərin təhlükəsizliyini azaldan ən önəmli faktordur.

Azərbyacanda avtobus sürücülərinin işə götürülmə prosesi necədir?

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) əməkdaşı Tural Orucov Modern.az-a bildirib ki, avtobus sürücülərinin işə qəbulu daşıyıcı şirkətlər tərəfindən həyata keçirilir:

"Daşıyıcı bununla bağlı iş aparır və sürücülərə qarşı tələbi özü müəyyən edir. İri daşıyıcılar tərəfindən sürücülər təlimlərə cəlb edilərək işə götürülür. İşə götürmə prosesi Əmək Məcəlləsinə və digər normativ-hüquqi aktların tələblərinə uyğun təmin edilir".

Müsahibimzin sözlərinə görə, daşıyıcılarla keçirilən görüşlərdə mütəmadi olaraq onlara sürücü seçimi kriteriyaları ilə bağlı müvafiq tövsiyələr verilir.

“Bununla bağlı daşıyıcılara AYNA tərəfindən tövsiyə məktubları da göndərilib. Həmçinin, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Təlim-Tədris Mərkəzində də avtobus sürücüləri üçün təlimlər keçirilir. Burada sürücülər peşə fəaliyyəti, davranış qaydaları üzrə nəzəri və praktiki təlimlərə cəlb olunurlar".

Gülarə Quliyeva

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
modern.az

1Mənbələr