AZ

Çindən maşın gətirənlər çətin duruma düşüb- TIR-lar yolda qalıb - SƏBƏB

Çindən Azərbaycana maşın gətirənlər çətin duruma düşüb. Avtosfer.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumatlar yayılıb. Belə ki, həm şirkətlər, həm də ayrı-ayrı vətəndaşlar sifariş etdikləri avomobillərin vaxtında gəlmədiyindən şikayətçidir.

Şirkət nümayəndələri bildirir ki, sifarişçiləri ilə imzaladıqları rəsmi müqavilə əsasında vaxt bitib və müştəri avtomobili tələb edir. Lakin maşın hələ ki, gəlib çıxmayıb.

Səbəb isə Çin-Rusiya arasındakı yolda sıxlıq, eyni zamanda Rusiya-Azərbaycan sərhəddindən yük maşınlarının buraxılmaması göstərilir. Bəzi şirkətlər isə Rusiyadan avtomobilləri Qazaxstana apararaq oradan dəniz yolu ilə gətirməyi düşünürlər.

Son 1 ayda Çindən sifariş oluna avtomobillərin ölkə ərazisinə daxil olmadığı idda olunur.

Könül

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
avtosfer.az

1Mənbələr