“Liverpul” futbolçusu Məhəmməd Salaha yeni müqavilə təklif etmək istəyir.
Futbolpress.az xəbər verir ki, Mersisayd təmsilçisi misirli hücumçu ilə yaxın zamanda danışıqlara başlayacaq. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
Salah daha əvvəl açıqlamasında bu ilin “Liverpul”dakı son mövsümü olacağını və yeni müqavilə ilə bağlı danışıqlar aparmadığını demişdi.
“Qırmızılar” sözləşməsi 2025-ci ilin yayına qədər olan futbolçunu komandada saxlamaq istəyir.
Salah 2017-ci ildən “Liverpul”da forma geyinir. O, 352 oyunda 214 qol vurub, 92 məhsuldar ötürmə edib.