AZ

Paşinyan Putinin yanına qayıdır

“İyulda biz yazmışdıq ki, Paşinyan da fərsiz oğul kimi Rusiyanın qucağına qayıda bilər”. 

“Cebheinfo"-nun məlumatına görə, Ermənstanın“Hraparak” qəzeti belə yazıb.

Qəzet qeyd edir, Paşinyanın dar bir çevrədə payızda sürprizlərin ola biləcəyini deməsi Rusiya ilə yaxınlaşmaya işarədir. 

“Avqustun 31-də keçirilən mətbuat konfransı başını əyərək Rusiyaya tərpətməsi bunun ilk əlaməti idi. Dünən biz Ermənistanın BRİKS sammitində və MDB dövlət başçılarının qeyri-rəsmi sammitində iştirak edəcəyini öyrəndik. 

BRİKS-in iclası oktyabrın 22-24-də Kazanda keçiriləcək. Bəziləri Nikol Paşinyanın ritorikasının dəyişməsi ilə avqustun 23-də Putinlə sonuncunun Bakı səfərindən 4 gün sonra baş tutan telefon danışığı arasında əlaqə görür. 4 gündən sonra isə Putin İlham Əliyevlə yenidən danışıb, 1 gün keçdikdən sonra iki ay davam edən sərhədlərin delimitasiyasıın reqlamenti imzalanıb. Bəzi mənbələrə görə, Putin Paşinyana Əliyevdən Ermənistana təzyiqləri azaltmağı xahiş etdiyini deyib. Rusiyanın KTMT və MDB müstəvilərini boykot edən Paşinyanın iştirak etmək qərarına gəlməsi də yəqin ki, bununla bağlıdır. Dünən isə Zaxarova bildirib ki, onlar İrəvanın KTMT-nin işində tam şəkildə iştirakını bərpa edəcəyini gözləyirlər”. 

Seçilən
82
cebheinfo.az

1Mənbələr